Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Rüfət Səfərov ata oldu- ONUN OĞLU DÜNYAYA GƏLİB

Rüfət Səfərov ata oldu- ONUN OĞLU DÜNYAYA GƏLİB

Hazırda həbsdə olan Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun övladı dünyaya gəlib.
Gununsesi.info-nun siyasi məhbusun ailə üzvlərinə istinadən verdiyi məlumata görə, Rüfət Səfərovun oğul övladı doğulub.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Səfərov apellyasiya şikayəti verib.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Onu da qeyd edək ki, beynəlxalq hüquq müdafiə təşkilatları Rüfət Səfərovu siyasi məhbus elan edib.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …