Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Roza Zərgərli işdən qovuldu – Səbəb

Roza Zərgərli işdən qovuldu – Səbəb

Müğənni Roza Zərgərli Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrındakı vəzifəsindən kənarlaşdırılıb.

Mia.az bildirir ki, bunu publika.az-a açıqlamasında teatrın baş direktoru Səxavət Məmmədov deyib.

Direktor əvvəlcə sualımızdan qəzəblənib və bu barədə danışmaq istəməyib. Amma sonradan bildirib ki, Roza Zərgərli ilə yollarını bir il əvvəl ayırmalı olublar: “Roza Zərgərli bir il müddətində bizim teatra quruluşçu rejissor vəzifəsinə təyin olunmuşdu. Həmin müddət ərzində Roza xanım beş dövlət tədbirini təşkil etdi. “Xalidənin taleyi” adlı tamaşa da hazırlamağı planlaşdırmışdı, amma vaxt azlığından alınmadı. Lakin onunla müqavilə müddəti bitdiyindən vəzifəsinə xitam verildi. O, artıq bizim teatrda işləmir”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın