Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Röyanın keçmiş ərinin 3-cü həyat yoldaşı – FOTO

Röyanın keçmiş ərinin 3-cü həyat yoldaşı – FOTO

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov  yenidən ailə qurub.

Musavat.com bildirir ki, o sosial şəbəkədə anası və  həyat yoldaşı ilə fotosunu paylaşıb və “Anam və həyat yoldaşım” şərhini yazıb.

Röyanın keçmiş əri üçüncü dəfə evləndi - FOTO

Qeyd edək ki, bu evlilik Anarın 3-c evliliyidir. İlk evliliyindən bir oğlu olan A. Cəlilov 2008-ci ildə Röya ilə ailə qurub və Hüseyn adlı oğlu dünyaya gəlib. Cütlük 2014-cü ildə boşanıb. Röya isə Anardan sonra ailə qurmayacağını bildirib.

A. Cəlilov “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur. Son olaraq o, mağazalar şəbəkəsində çalışan işçilərin əmək haqqını verə bilmədiyi və bu səbəbdən ölkədən qaçmağa hazırlaşması xəbərləri ilə gündəmə gəlmişdi.

Həmçinin oxuyun

Füzulinin 3, Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi

Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, …

Bir cavab yazın