Şənbə , Yanvar 23 2021
Ana səhifə / Röya onu atan sevgilisi üçün efirdə göz yaşı tökdü – Video

Röya onu atan sevgilisi üçün efirdə göz yaşı tökdü – Video

“Məndə heç vaxt darıxmaq hissi olmayıb. İndi başa düşürəm darıxmaq nədir. İndiki yaşımda darıxıram, amma kim üçün deməyəcəm”.

Bu sözləri əməkdar artist Röya Ayxan “Asan radio”da Emin Musəvinin qonağı olarkən deyib. Müğənninin oxuduğu “Sənə ehtiyacım var” mahnısı səsləndirilərkən duyğulu anlar yaşayıb.

O, aparıcının “Kim üçün darıxdığını demirsənsə, verilişi dayandıraq gedək. Səmimiyyətdən danışırıq, amma ad demirik. İndi yəqin o adam göz qabağındadır” sözlərinə belə cavab verib:

“Darıxıram. O, mənim gözümün önündən heç vaxt getmir”.

E.Musəvi “Niyə zəng etmirsən ki, həyatına qayıtsın? Azad qadınsan” söyləyib.

“Yox, olmaz” deyən, Röya göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, R.Ayxan məmur oğlu olan sevgilisindən ayrılıb. Bir müddət əvvəl müğənni “Onu çox sevirəm. Niyə uzadırsan bu məsələni? Gəl barışaq, bitsin” açıqlamasını vermişdi.

 

 

Həmçinin oxuyun

İşbazlar qəhrəmanlarımızın adından icazəsiz istifadə edirlər (VİDEO)

Polad Həşimov adına “Şən uşaq bağçası” və ya adi “Uşaq bağçası” kimi reklam lövhələrinə sosial …

Bir cavab yazın