Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / “Röya ilə duet oxumaq istədim, amma o, …” – İşın Karaca – VİDEO

“Röya ilə duet oxumaq istədim, amma o, …” – İşın Karaca – VİDEO

ARB TV-nin “Türk şou-maqazin” verilişinin qonağı olan tanınmış türkiyəli müğənni İşın Karaca maraqlı açıqlamalar verib.

O, ilk olaraq sənəti barədə söz açıb:

“”Sevməkdən anladığım” adlı mahnım çıxdı. Sefa Çeşmberahla bərabər duet oxuduq. Yay üçün ritmik mahnılar hazırlamışıq. Bu yayın əyləncəli keçməsinə çalışırıq. “Eyvallah” adlı mahnımız da çıxacaq. Türkiyəylə yanaşı bütün dünya çox strees içindədir deyə, bir az əyləncə də lazımdır”.

Daha sonra ifaçı Azərbaycana gəlməsindən və bizim müğənnilərdən biri ilə duet məsələsindən danışıb:

“Azərbaycana gəlməyi çox istəyirəm. Sizin ölkəni və insanlarınızı çox sevirəm. Qardaş ölkəyik. Sizin müğənnilərlə duet oxumaq istəyirəm. Röya ilə istəyirdim, amma o Sonerlə oxudu. Ona görə də sizin digər ulduzlardan hansıylasa duet edəcəm. Adını açıqlamaq istəmirəm. Təzə əlaqə qurmuşuq və hələ təstiqlənmədən nəsə desəm, ayıb olar. Bunu həm sizin ölkədə, həm də Türkiyədə təqdim edəcəyik. Qış ayları üçün nəzərdə tutmuşuq”.

Həmçinin oxuyun

UEFA-nın 70 nümayəndəsi eyni vaxtda Bakıda

2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanışlıq məqsədilə avqustun …

Bir cavab yazın