Cümə , Aprel 19 2024
Ana səhifə / Röya Ayxanı ağladan məmur oğlu kimdir?

Röya Ayxanı ağladan məmur oğlu kimdir?

Xəbər verdiyi kimi müğənni Röya Ayxan “Asan radio”da Emin Musəvinin qonağı olub və “Sənə ehtiyacım var” mahnısı səsləndirilərkən duyğulu anlar yaşayıb.

O, aparıcının “Kim üçün darıxdığını demirsənsə, verilişi dayandıraq gedək. Səmimiyyətdən danışırıq, amma ad demirik. İndi yəqin o adam göz qabağındadır” sözlərinə belə cavab verib: “Darıxıram. O, mənim gözümün önündən heç vaxt getmir”.

E.Musəvi “Niyə zəng etmirsən ki, həyatına qayıtsın? Azad qadınsan” söyləyib.“Yox, olmaz” deyən, Röya göz yaşlarını saxlaya bilməyib.

Bəs Röyanın uğrunda göz yaşı tökdüyü sevgilisi kimdir? Popstar.az xəbər verir ki, Əməkdar artistin məmurlardan birinin oğlu ilə sevgili olduğu və bir müddət əvvəl yollarının ayrıldığı deyilir. Həmin məmur oğlunun adı açıqlanmır.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın