Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Rövşən Əsgərovun şikayəti rədd edildi

Rövşən Əsgərovun şikayəti rədd edildi

Moskva Şəhər Məhkəməsi “Nasizmin reabilitasiyası” işi üzrə “Nə? Harada? Nə vaxt?” şousunun oyunçusu Rövşən Əsgərovun qiyabi həbsini qanuni hesab edib.

Məhkəmə R.Əsgərovun barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilib.

Xatırladaq ki, Moskvanın Basmannı məhkəməsi “Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı Rövşən Əskərovu “Nasizmin reabilitasiyası” ilə bağlı cinayət işi çərçivəsində iki ay müddətinə qiyabi həbs edib.

Əsgərov sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etmək cəhdlərində ittiham olunur.Axar.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …