Ana səhifə / Aktual / “Rövşən Lənkəranski”nin yeni triumfu– bitərəf “massa” uğrunda savaş qızışır

“Rövşən Lənkəranski”nin yeni triumfu– bitərəf “massa” uğrunda savaş qızışır

Azərbaycanlı “qanuni oğru” mövqelərini gücləndirir, onunla bağlı son qərar nə olacaq?

Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”) yenidən mətbuatın gündəminə gəlib. Uzun müddətdir ki, İnterpol xətti ilə axtarışda olan “Lənkəranski”nin harada olduğu bilinmirdi. O, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Onun həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib.

Rusiya saytlarının məlumatına görə, ötən həftə Türkiyədə postsovet məkanından olan “qanuni oğru”ların irimiqyaslı “sxodka”sı olub. “Sxodka”ya rəhbərliyi “Lənkəranski” edib.  “Sxodka”da “Ded Xasan” qruplaşmasına yaxın olan 4 belaruslu “qanuni oğru”nun – “Mumu” ləqəbli Oleq Gerasimovun,  “Paştet” kimi tanınan Pavel Alikseyeviçin,  “Medvejonok” ləqəbli Aleksandr Medvedevin  və “Lebed” kimi məşhurlaşan Ruslan Lebedin  adı əlindən alınıb.

Onların göstərilən etimadı doğrultmadığı, dəfələrlə frayerlər tərəfindən döyüldüyü səbəb göstərilib ki, “oğru qanunları”na görə bunlar yolverilməzdir. Yeri gəlmişkən, bu xəbərlə müşahidə edilən fotonu bəzi saytlar  “Lənkəranski” “sxodka”ya millimizin formasında gəldi” başlığı ilə yerləşdiriblər ki, bu da tam yanlışdır. Çünki həmin foto 2013-cü ildə çəkilib və  sözügedən “sxodka”ya heç bir aidiyyəti yoxdur. Həmin fotoda görünən Ülfət Tağıyev  (“Rufo”) bir müddətdir həbsdədir və bu yaxınlarda 8 il müddətinə azadlıqdan məhrum edilib…

sarko

Türkiyədə qəbul edilmiş digər qərarlara gəlincə, Rusiya mənbələri iddia edir ki, çeçen “qanuni oğru” Əhməd Şalinskinin də ünvanına  iradlar səslənib. Belaruslarla birlikdə taclandırılmış Əhməd sonradan üz döndərərək “Ded Xasan” tərəfdarlarına üz tutub və “qanuni oğru” adını onlardan alıb. Rövşən bildirib ki, bu cür davranış “qanuni oğru”ya layiq deyil, ona görə də Əhmədi bu sıradan saymır. Bu “təmizləmənin” Aslan Usoyanın (“Ded Xasan”) varisi hesab olunan Zaxari Kalaşovun (“Şakro Molodoy”) son addımlarına hesablandığı, onlara özünəməxsus bir jest hesab olunur.  Çünki “Şakro” da  15-ə yaxın “qanuni oğru”nun “tacını” alıb və Rusiya kriminalında yeni düzən yaratmağa iddialıdır. Bəzi iddialara görə isə “Lənkəranski” “Ded Xasan” klanına onun da sözünün mötəbər olduğunu bir daha sübut etmək istəyib.

Bu arada isə xəbər yayılıb ki, “Rövşən Lənkəranski” barədə  yeni qərar veriləcək. Vesti.az-ın verdiyi məlumata görə, bu yaxınlarda Rusiya paytaxtında bütün “qanuni oğru”ların iştirakı ilə toplantı keçiriləcək. “Şakro Molodoy”un təşkilatçısı olduğu bu yığıncaqda  “Lənkəranski”nin titulundan məhrum edilməsi ilə bağlı fitva verən “qanuni oğru”lardan bu qərarı nə üçün verdikləri soruşulacaq. “Lənkəranski”nin “vor zakon” titulundan məhrum edilməsinə dair ən son xəbər bu ilin yanvarın ayının 6-da yayılıb. Xəbərlərdə iddia edilirdi ki, Ermənistanda toplaşan “qanuni oğru”lar “Lənkəranski”ni və “Cemo” ləqəbli Cemal Mikaladzeni “vor” titulundan məhrum ediblər.

Amma sonra məlum oldu ki,  İrəvan yaxınlığında keçirilən “sxodka”da iştirak edən  “Şakro Molodoy” “Lənkəranski”nin və “Cemo” nun  titulundan məhrum edilməsinə qarşı çıxıb. “Şakro” mövqeyini belə əsaslandırıb ki, “vor zakon”un taleyi onun özünün iştirakı olmadan həll edilə bilməz.
Bundan əlavə, “Şakro”nun toplantısında ən sərt cəzanın gürcü “qanuni oğru” Gela Kardavaya veriləcəyi gözlənilir. O, bir müddətdir gizlənir. Kardava şübhəli “sxodka” larda bəzi kriminallara “qanuni  oğru” adı verməkdə günahlandırılır.

Məlumatda deyilir ki, Kardava cəzalandırılacaq sonuncu gürcü nümayəndəsi olmayacaq. Onunla bərabər Badri Koquaşvili, Tariel Oniani və Merab Canqveladzenin də adları çəkilir.
“Şakro”nun hesab soracağı deyilən “qanuni oğru” lar sıradan biriləri deyil və  kriminalın “generalları” hesab olunurlar. Tariel Oniani və Merab Canqveladze hazırda həbsdədir. Merab vaxtilə o “Rövşən Lənkəranski”nin ən yaxın adamlarından biri hesab olunurdu. Bir neçə ay əvvəl Macarıstanda həbs edilən “qanuni oğru” M.Canqveladze “Lənkəranski” ilə ən yaxın müttəfiq və Aslan Usoyan (“Ded Xasan”) klanının ən qatı düşmənlərindən idi. Kriminal aləmin ən odioz fiqurlarından olan “Merab Suxumski” haqda məlumatlar çox azdır. Suxumski haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı “YouTube”də olan qısa videodan anlamaq mümkündür. “Merab Suxumskidən master-klass” başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı adı ilə bağlı verdiyi suallar cavabsız qalır. “Master-klass” “oğru dünyası”nda “görməmişəm, eşitməmişəm, bilmirəm” sözlərini ehtiva edir.

Merab Canqveladze 1962-ci il noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da Suxumski ləqəbi ilə tanınır. Merabın kiçik qardaşı Levanın adı Azərbaycanın kriminal xəbərlərini təqib edənlərə yaşı tanışdır. 2012-ci ilin yayında onun Dubayda hələ də təfərrüatı tam bilinməyən “razborka”da Rövşən Canıyevi (“Lənkəranski”) bıçaqladığı deyilir. Bu xəbər Rusiya və Azərbaycanda geniş maraq doğursa da, “Lənkəranski”  tərəfdarları belə hadisənin baş vermədiyini iddia edirlər.( musavat.com)

Strateq.az bildirir ki, artıq Azərbaycan “zon”larında  vəziyyət kordinal şəkildə dəyişib. Bir müddət əvvəl “zon”lardakı  “qara kassaya” bütün nəzarət “Quli” ləqəbli Nadir Səlifovun nəzrətinə keçmişdisə, get-gedə onların əlindən bu imkan alınır. Artıq bir neçə “zon”un “Lənkəranski”yə birmənalı şəkildə beyət etdiyi bildirilir. Bunun ən başlıca səbəblərindən biri də, Azərbaycan “zon”larındakı məhbusların sayında nəzərə çarpan regional mənsubiyyət balansın fərqliliyidir. Statistik məlumatlara görə,  Azərbaycan “zon”larında olan məhbusların sayına görə, Cənub regionu “liderlik” edir. Həmin “massa” birmənalı şəkildə “Lənkəranski”ni dəstəkləyir. Məhbus sayına görə, ikinci yerdə olan Gəncəbasar “əhli” də “Quli”dən üz döndərib. ” Gəncəli Zayka” ləqəbli avtoritetin Rusiyada “Quli”nin tərəfdarları tərəfindən türmədə alçaldılması və həmin kadrların internetə yerləşdirilməsi Gəncəbasar “zek”lərini “Lənkəranskini” dəstəkləməyə vadar edib.  Ən vacib məqam isə bundan ibarətdir ki, “Zayka”nın döyülməsi əks olunan kadrlarda “Quli”nin də səsi fiksə olunub. Ancaq nədənsə, hüquq-mühafizə orqanları həmin dəlilin araşdırılmasında maraqlı olmayıblar.
Qeyd edək ki, “Zayka”nın özündən əlavə iki qardaşı da uzun müddət həbs həyatı yaşayıb və onlar da kriminal aləmdə söz sahibi sayılırlar. Xüsusilə də onun Azər adlı qardaşının “Quli” ilə açıq düşmənçiliyə getdiyi deyilir. Hazırda Gəncəbasar “əhli”ndən  “Quli”nin əsas dəstəkləyicisi olan “Gəncəli Şaiq”in də vəziyyəti yaxşı deyil. Qobustanda “krıtı” çəkən Şaiq barəsində “praqonun” olduğu  və onun “seryozdan” kənarlaşdırıldığı bildirilir. Azərbaycan cinayət aləmində hazırda başqa maraqlı bir tendensiya da yaşanır. İstər “zon”larda, istərsə də azadlıqda olan kriminal aləmin nümayəndələri arasında bir-birilə  münaqişədə olan oğrulardan heç birinin tərəfini saxlamayan  “massa” formalaşıb. Həmin “massa”nın dəstəklədiyi bir neçə kriminal avtoritet hazırda azadlıqdadır. İstər “Lənkəransk”, istərsə də “Quli” bütün varlıqları ilə həmin bitərəf “massa” nı ələ keçirməyə çalışır. Çünki buna nail olmağı bacaran  Azərbaycan “zon”larındakı dominantlığını təmin etmiş olacaq.
Strateq.az-a “oğru” ailəmində baş verən münaqişələr, külli miqdarda  “qara” pulun dövriyyəsi və başqa vacib mətləblərlə  bağlı konkret faktlar məlumdur. Bəzi dəqiqləşdirmələrin aparılmasından sonra, bu yöndə olan materialları təqdim edəcəyik.

M.ƏLİ

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın