Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Rövnəq Abdullayevdən UEFA-nın qərarına reaksiya

Rövnəq Abdullayevdən UEFA-nın qərarına reaksiya

“2019-ci ildə təşkil olunacaq UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm”.

Bu sözləri AFFA -nnın rəsmi saytına qurumn prezidenti Rövnəq Abdullayev deyib.
Rövnəq Abdullayev bildirib ki, Bakı Olimpiya Stadionunun qitənin mötəbər klub turnirinin final oyununa ev sahibliyi etməsi respublikamızın idman həyatında əlamətdar hadisədir:
“Açıqlanan qərarın Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcəyinə əminik. Belə bir nüfuzlu turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. UEFA İcraiyyə Komitəsinə prezentasiyamızı yüksək qiymətləndirdiyinə görə, minnətdarlığımızı bildirir və bu etimadı da əməli işimizlə doğruldacağımıza inanırıq”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın