Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rövnəq Abdullayev Füzuli Ələkbərovun yerinə keçdi

Rövnəq Abdullayev Füzuli Ələkbərovun yerinə keçdi

Bu gün Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib. İslacda federasiyaya yeni rəhbər seçilib.

Qafqazinfo” xəbər verir ki, Cüdo Federasiyasından virtualaz.org saytına verilən məlumatda bildirilir ki, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident təyin olunub.

Federasiyada bildirilib ki, bu gün Mili Olimpiya Komitəsində Rövnəq Abdullayevin təqdimatı olacaq. Saat 17:00-da baş tutacaq təqdimatdan sonra federasiyanın fəaliyyəti davam edəcək və kimin qalıb, kimin gedəcəyi dəqiqləşəcək.

Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, “İmprotex” şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın