Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Rövnəq Abdullayev bu vəzifədən gedir? – Rəsmi açıqlama

Rövnəq Abdullayev bu vəzifədən gedir? – Rəsmi açıqlama

Sosial şəbəkələrdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentinin dəyişdiriləcəyi barədə məlumatlar yayılıb.
Tanınmış idman jurnalisti Natiq Muxtarlı hazırkı AFFA prezidenti Rövnəq Abdullayevin gedəcəyi vaxt və yerinə gələcək şəxsin artıq bəlli olduğunu bildirib.
Məsələ ilə bağlı axar.az-a danışan AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla yayılan informasiyaları təkzib edib:
“Adətən AFFA prezidenti Hesabat Seçki Konfransında seçilir. Hazırda AFFA prezidentinin dəyişdirilməsi və ya yeni namizədin irəli sürülməsi məsələsi gündəmdə yoxdur”.
Qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayev 2008-ci ildən bu vəzifədə çalışır.
AFFA-da prezident seçkiləri hər dörd ildən bir keçirilir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …