Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / RÖVNƏQ ABDULLAYEVƏ “ƏLCƏK ATAN” SAMİR ADIGÖZƏLLİ NİYƏ “DALA” ATDI? – (FOTO+VİDEO)

RÖVNƏQ ABDULLAYEVƏ “ƏLCƏK ATAN” SAMİR ADIGÖZƏLLİ NİYƏ “DALA” ATDI? – (FOTO+VİDEO)

Azinforum.az xəbər verir ki, parlament seçkilərinə bir çox adamlar qatılıb ki, onların da əksəriyyəti əvvəlcədən şanslarının sıfıra bərabər olduğunu gözəl dərk edir. Ancaq seçkilərə “sezon” kimi baxan bu sayaq  şəxslər hər 5 ildən bir atlanıb ortaya düşməklə müəyyən məqsədlərə çatmağı hədəfləyirlər.  Onların fikirindən mandat qazanmaqdan başqa nə desən keçir. Elələri var ki, tanınmaq istəyir, bəziləri isə hansısa pullu namizədin xeyrinə namizədliyini geri götürməklə bağlı alverə girişməyi hədəfləyir. 

Çox gözəl tanıdığımız, gənc yaşlarından siyasi arenada olan Böyük Millət Partiyasının sədri Samir Adıgıgözəllinin adını yuxarıda sadaladığımız kateqoriyaya aid edə bilmirik. Çünki bu adam ötən seçkilərdə fəal kampaniya aparıb. Hətta güclü alternativlərinin olmasına rəğmən, sona qədər duruş gətirməyi bacarıb. Ancaq gənc siyasətçinin bu seçkilər ərəfəsindəki davranışı bizi onun üçün yeni kateqoriya namizəd axtarışına çıxmağa vadar etdi.

Samir Adıgözəlli seçki ilə bağlı startı hamıdan əvvəl verdi.  O, Bakıda  “Qarabağ QHT Alyansı”nın təşkilatçılığı ilə Beynəlxaq Mətbuat Mərkəzində keçirilən tədbirdə çıxış edərək, parlamentin əksər fəaliyyətsiz deputatlarını tənqid atəşinə tutaraq və bildirmişdi ki, onların yerinə mütləq gənclər seçilməlidir. Maraqlıdır ki, Samir Adıgözəllinin daha çox tənqid etdiyi deputatlar sırasında ARDNŞ şefi Rövnəq Abdullayev də olmuşdu.
Gənc siyasətçi  həmin çıxışında bilirmişdi ki,  Rövnəq Abdullayev gedib şirkətin işləri ilə məşğul olsa yaxşıdır:

“Mən, məndat arzusunda olan şirkət rəhbərlərini, universitet rektorlarını anlaya bilmirəm. Onların onsuz da görməyə işləri çoxdur, niyə mandata can atırlar?”
Samir Adıgözəlli Azinforum.az-a açıqlamasında bildirmişdi  ki, onun Rövnəq Abdullayevin iki dəfə dalbadal seçildiyi 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olmaq fikiri var:
“Mənim özüm Nizami rayonunda qeydiyyatdayam. Uzun illərdi ki, həmin rayonun ərazisində yaşayıram. Əminliklə deyə bilərəm ki, oranın əhalisini Rövnəq Abdullayevin deputat fəaliyyəti qane etmir. Hələlik seçki təbliğatına rəsmən start verilmədiyi üçün, ətraflı danışmaq istəmirəm. Ancaq bu gün bəyan edirəm ki, 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olacağıma dair qəti qərar vermişəm”.

Hətta Samir Adıgözəlli Rövnəq Abdullayevə obrazlı formada  “Mən ona əlcək atıram” deməklə, ARDNŞ şefinə mübarizə çaxrışı da etmişdi.

Azinforum.az olaraq həmin vaxtdan sonra Samir Adıgözəllinin davranışlarına fikir verdik və gördük ki, o, yalnız başqa namizədlərin seçki kampaniyasına dəstək verməklə məşğuldur. Bəlli oldu ki, Samir Adıgözəlli heç imza vərəqlərini götürməyə də təşəbbüs göstərməyib. Biz bunun səbəbini partiya sədrindən öyrənəndə, o bizə bildirdi ki, seçkidə iştirak etməmək qərarına gəlib. Ancaq bu cavab Samir Adıgözəllinin özünü qane etsə də, bizim üçün yetərli olmadı. Çünki biz 10 il bundan əvvəl – Samir Adıgözəllinin  hələ təcrübəsinin və ictimai nüfuzunun indiki ilə müqayisədə nisbətən az olduğu vaxtda onun necə seçki kampaniyası aparmasına dair materialları əldə etmişik.

Həmin məlumatları incələyəndə məlum olur ki, Samir Adıgözəllinin Rövnəq Abdullayevə əvvəl “əlcək atıb”, sonra da özünün “dala” atmasının arxasında maraqlı məqamlar gizlənir…

Samir Adıgözəllinin yazılanla bağlı razılaşmadığı məqam olsa, onu dinləməyə hazırıq.

Vidadi CƏNUBLU

Rövnəq Abdullayevlə mübarizəyə girişmədən təslim olan Samir Adıgözəllinin bundan əvvəlki seçkilərdə apardığı  təbliğat kampaniyasına aid materialları Azinforum.az olaraq təqdim edirik.

 

s1

s2

s3

s4

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın