Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Rövnəq Abdullayevdən maraqlı əmr: SOCAR-ın vəzifəli şəxsləri evdə necə işləyəcək?

Rövnəq Abdullayevdən maraqlı əmr: SOCAR-ın vəzifəli şəxsləri evdə necə işləyəcək?

SOCAR şirkəti əməkdaşları koronavirusa görə evdən işləyəcəklər.

Azinforum.az bildirir ki, bu barədə Unikal.org-un sorğusuna cavab olaraq Qurumun ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O, bildirib ki, bu qabaqlayıcı tədbirlər bir müddət davam edəcək:

“Bu profilaktik tədbirlərdir və əsasən də insanların çox toplaşdığı yerlərdə, məsələn ofis şəraitində xəstəliyə yoluxma riskini minimum azaltmaq məqsədi daşıyır və bu qaydalar istehsalatda işləyən şəxslərə aid deyil.Həmçinin SOCAR-ın inzibatı binasına daxil olan insanların tempraturu ölçülür, spirtli dispensirlər yerləşdirilib, havalandırma cihazlarına antiseptik məhlullar yerləşdirilib. İşçilərə təklif olunub ki, kompüter avadanlıqlarını götürüb evdən işləsinlər. Skayp və digər internet proqramlar üzərindən iclaslar təşkil olunsun, yəni bir otaqda çox adam yığışmasın.Virus yayılmış ölkələrdən qayıdan əməkdaşlar isə 2 gün ərzində işə çıxmayaraq SOCAR-ın hesabına müayinədən keçəcəklər.Hələlik həmin ölkələrə getmək qadağan olunub. İnzibati binalarda işləyənlər ayın 20-nə, təlimlər isə ayın 10-na qədər dayandırılıb”.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …