Şənbə , İyun 19 2021
Ana səhifə / Aktual / Rövnəq Abdullayev villasını 4 milyon dollara satdı -”SOCAR”ın PREZİDENTİ TƏLAŞDA

Rövnəq Abdullayev villasını 4 milyon dollara satdı -”SOCAR”ın PREZİDENTİ TƏLAŞDA

Son vaxtlar  iri ranqlı  məmurların  öz mülklərini, villalarını  satması  müşahidə olunur. 
Əlbəttə, biznes aləmində almaq və satmaq adi prosesdir. 
Ancaq etibarlı mənbənin  gundelik-baku.com-a  dediyinə görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev  2 gün öncə  Novxanıda, Post-Patrulun arxasında yerləşən və  ərazisi  4 hektar olan  bağ evini-villasını  4 milyon dollara  satıb. 
Çox maraqlıdır ki,  adi hesablama ilə müəyyən etmək olar ki, 4 hektar ərazi və əzəmətli villanı  Rövnəq Abdullayev nə əcəb ucuz qiymətə – 4 milyon dollara satıb ? 
Rövnəq Abdullayevə  təcili pul nə üçün lazım olub ? 
Araşdırma zamanı  bizə məlumat verildi ki, əslində villa 7.5 milyona satılıb, sənəddə 4 milyon yazılıb. 
İstənilən halda  Rövnəq Abdullayev kimi ranqlı məmurun  villasını ucuz qiymətə  satması düşünməyə əsas verir. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Azərbaycanlılarla quda olan məşhur əcnəbilər: Van Damm, keçmiş prezident, eks-səfir… – FOTO

Dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması dünəndən sosial …