Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Rövnəq Abdullayev və Mədət Quliyev cüdo üzrə Azərbaycan çempionatının açılışında

Rövnəq Abdullayev və Mədət Quliyev cüdo üzrə Azərbaycan çempionatının açılışında

Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.

Virtualaz.org-un məlumatına görə, açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.

R.Abdullayev Azərbaycan çempionatını açıq elan edib.

Qeyd edək ki, çempionatda 55 komandadan 456 nümayəndə çıxış edəcək – 395 cüdoçu kişi və 61 cüdoçu qadın.

Azərbaycan çempionatı dekabrın 28-dək davam edəcək.

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …