Ana səhifə / Rövnəq Abdullayev Elxan Məmmədovu hədələdi – Cavab verməli olacaqsan 

Rövnəq Abdullayev Elxan Məmmədovu hədələdi – Cavab verməli olacaqsan 

17 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda biabırçı çıxışla yadda qalması AFFA-da vəziyyəti yenidən gərginləşdirib.

Komandamızın nəinki xal qazanmadığı, heç qol vurmağı da bacarmadığı oyunlardan sonra AFFA prezidenti Rövnəq Abdullayevin bərk qəzəbləndiyi bildirilir.

Komanda.az-a AFFA-dakı mənbədən verilən məlumata görə, Rövnəq Abdullayev bütün hirsini AFFA-nın baş katibi Elxan Məmmədovdan çıxıb. Abdullayev baş katibi onu aldatmaqda ittiham edib. Mənbənin bildirdiyinə görə, AFFA prezidenti baş katibə “buna görə cavab verəcəksən” deyib:

“Sən mənə söz vermişdin ki, hər şey qaydasında olacaq. Bir ətək vəsait xərclədik, oyunları Bakıda keçirdik ki, final mərhələsinə yüksələk. Əvəzində biabır olduq. Amma sən deyirdin ki, təhlükəli heç nə yoxdu, komandamız güclüdü. Məndən hesabat tələb edəcəklər. Mən də səndən hesabat tələb edəcəm. Bu biabırçılığa görə cavab verməli olacaqsan”.

Mənbənin verdiyi məlumata görə, bayramdan sonra millinin biabırçı çıxışı AFFA-da geniş müzakirə olunacaq.

 

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın