Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / “Ronaldoya verilən cəza çox ağırdır” – Zidan

“Ronaldoya verilən cəza çox ağırdır” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştianu Ronaldunun 5 oyunluq cəzalandırılmasına münasibət bildirib.

Qol.az xəbər verir ki, o, bu cəzanın yanlış olduğunu deyib: “Çox məyusam. Hakimlik haqda danışmaq istəmirəm. Epizoda baxıram və düşünürəm ki, necə ola bilər ki , buna görə 5 oyunluq cəzalandırılmaq olar? Bu, çox ağır cəzadır. Ronaldu oynamaq istəyir. O, meydanda çıxmamaqdan məmnun deyi. Ümid edirəm ki, komitə vəziyyətə baxacaq”.

Qeyd edək ki, “Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən portuqaliyalı ulduz 5 oyunluq cəzalandırılıb.

Həmçinin oxuyun

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.  …

Bir cavab yazın