Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / RİZVAN VAHABOV: “Mən fəxr edirəm ki, yaradılması prosesində yaxından iştirak etdiyim hakim partiyanın Siyasi Şurasının üzvüyəm”

RİZVAN VAHABOV: “Mən fəxr edirəm ki, yaradılması prosesində yaxından iştirak etdiyim hakim partiyanın Siyasi Şurasının üzvüyəm”

“Hansısa hakimin və ya məhkəmə sədrinin adından istifadə etməyimə isə, ümumiyyətlə lüzum  görmürəm”

 
Son vaxtlar bəzi KİV-lərdə Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabov barədə müəyyən iddialar səsləndirilir. Biz həmin məqamlara tam aydınılıq gətirmək üçün, Rizvan Vahabova əlaqə saxlayıb ondan kiçik müsahibə almaq istəyimizi bildirdik. Çox çətinliklə olsa da, onu qısa müsahibə verməyə razı sala bildik . Azinforum.az həmin müsahibəni təqdim edir:

 

 

 
– Rizvan müəllim, bəzi KİV-lərdə bir qrup şikayətçilərin adından Sizin və yaxınlarınızın ünvanına kəskin ittihamlar səsləndirilir. Həmin məlumatları nə dərəcədə əsaslı saymaq olar?

 
– Çox sağ olun ki, jurnalist olaraq bu məsələyə tam aydınlıq gətirməyə çalışırsınız. Əvvəla, onu deyim ki, mətbuatda dərc edilən həmin yazılarla birmənalı şəkildə razı deyiləm. Bu səbəbdən də, məlumatların yer aldığı KİV-ə qarşı məhkəmə iddiası qaldırmışam. Hazırda mənim iddiam Bakı Apelliyasiya Məhkəməsinin icraatındadır.

 
– Həmin yazılarda hansısa əmlak mübahisələrindən bəhs olunur. Şikayəti edən bir qrup adam kimdir və onlar Sizdən nə istəyirlər?

 
– Məlumat üçün bildirmək istəyirəm ki, həmin şikayətçılərin mənimlə heç bir hüquqi mübahisəsi yoxdur. Bu rəsmi və hüquqi sənədlərdə də öz əksini tapıb. Həmin məhkəmə sənədlərini sizə də təqdim edə bilərəm. Görün, orda mənim adım varmı? İş burasındadır ki, bu gün adlarından mətbutdakı şikayətlərin dərc edildiyi həmin qrup adamlar bütün məhkəmə instansiyalarının imkanlarından yararlanıblar. Yəni onların iddialarına verilən son hüquqi qiymət məhkəmə qərarlarında öz əksini tapıb. Bizim hər birimiz Azərbaycan Dövləti adından çıxarılan məhkəmə hökmlərinə və qərarlarına hörmətlə yanaşmalıyıq. Razılaşmadığımız məqamlardan isə şikayəti KİV-lərə deyil, daha yuxarı məhkəmə instansiyalara etməliyik.Onlar bu imkandan tam istifadə edib, uduzduqları üçün, məqsədli şəkildə mənim adımı hallandırmağa başlayıblar.

 
– Niyə məhz sizin adınızı və onların realda mübahisəsi kimnlədir?

 
– Onların hüquqi mübahisəsi mənim qaynanamın adına olan hüquqi şəxslədir. Adımın bu məsələdə məqsədli şəkildə hallandırılmasına gəldikdə isə, bilirsiniz ki, mən azdan – çoxdan respublikada tanınmış adamam. Mənim adım hallananda məsləyə başqa rəng qatmaq cəhdləri bir qədər asan görünür. Görünür, belə vasitələrlə həmin şikayətçilər nəyəsə nail ola biləcəklərini zənn edirlər. Mən belə üsulları normal mübarizə metodu saymıram.

 
– Doğru qeyd etdiniz ki, bu xüsusda Sizin adınızla bağlı da, müəyyən ittihamlar var. Etiraz etmirsinizsə, həmin məqamlara da aydınlıq gətirək…

 
– Buyurun, mən sizin istənilən sualınıza cavab verməyə hazıram.

 
– 2004-cü ildə Asif Mərzilinin baş redaktoru olduğu “Təzadlar” qəzetində dərc edilmiş və sizin vaxtilə rəhbərlik etdiyiniz qurumla bağlı kəskin ittihamların yer aldığı məqalələr yenidən dövriyəyə buraxılıb. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı…

 

riz1
– Bəli, vaxtı ilə belə bir yazılar mətbuatda dərc olunub. Onların yenidən gündəmə gətirilməsi məni qətiyyən təəccübləndirmir. Çünki həmin vaxt kimlərsə tərəfindən mətbuata ötürülən məlumatlar öz təsdiqini tapmadı. Yəni tam təkzib olunub. Hadisənin üstündən 11 il keçsə də, proseslər mənim dəqiqliyi ilə yadımdadır. O vaxt məsələnin tam araşdırılması üçün “Təzadlar” qəzetinə rəsmi müraciət etdik. Yaxşı yadımdadır ki, Asif Mərzili ilə mənim iş kabinetimdə görüşdük. Şikayət əsasında qəzetdə yazılanlara sözlə yox, sənədlərlə aydınlıq gətirdim. Asif Mərzili hətta belə bir ifadə də işlətdi ki, o, arxiv və konkret sənədlərə əsaslanaraq danışan iki adama rast gəlib. Onlardan biri kimi mənim adımı çəkdi. Dedi ki, digəri isə Sosialist Əməyi Qəhrəmanı olan başqa bir tanınmış adamdır. Bir sözlə, Asif Mərzili məsələni tam aydınlaşdırandan sonra, rəhbərlik etdiyi qəzətdə məsələyə tam aydınlıq gətirən yazı ilə çıxış etdi. Qısası budur ki, həmin vaxt yazılanlar öz təsdiqini tapmış olmadı. Obyektivli gözləmək istəyənlər “Təzadlar”da yer alan həmin məqamları da cəmiyyətə təqdim etməlidir.

 
– Rizvan müəllim, “Təzadlar”da gedən və bu gün yenidən dövriyəyə buraxılan həmin yazı ilə biz də tanış olduq. Doğrudan da, söhbət sərt ittihamlardan gedir. Yəni, düşmən ölkəyə yanacaq satmaqdan. Belə bir hal mümkün ola bilərdimi?

 
– Bilirsiniz, bu iddianı irəli sürmək üçün, gərək tam və ətarflı araşdırma aparılsın. Yəni jurnalist ölkədən strateji məhsulların neçə çıxarılması ilə bağlı proseduru bilməlidir. Həmin vaxt mən, və ya mənim tutduğum vəzifəni icra edə biləcək başqa bir şəxs istəsydi belə bunu edə bilməzdi. Çünki bunun üçün bir neçə dövlət qurumunun icazəsi olmalıdır. Bundan əlavə, biz Gürcüstana satdığımız yanacaqla bağlı əməkdaşlıq etdiyimiz qurumdan yazılı şəkildə iltizam alırdıq ki, onlar bizdən aldıqları yanacağı Ermənistana sata bilməzlər. Bu, məsələnin hüquqi tərəfidir. Mənəvi tərəfi isə bundan ibarətdir ki, Ermənistana yanacaq satmağa razı olan adam ləyaqət hissini itirməlidir.

riz3

– Sizin YAP-ın və Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun, həmin məhkəmənin sədri İman Nağıyevin adından istifadə etməyinizə dair də iddialar səsləndirilir. Buna münasibətiniz?

 

– Mən YAP-a ən çətin anlarda qoşulanlardan biriyəm. Partiya biletimin də nömrəsi 51-dir. Bu gün də fəxr edirəm ki, yaradılması prosesində yaxından iştirak etdiyim hakim partiyanın Siyasi Şurasının üzvüyəm. Bu partiyaya hansısa mənfəət əldə etmək üçün deyil, əqidəmə, mərhum Ümummilli Lider Heydər Əliyevin siyasətini ürəkdən dəstəklədiyim üçün gəlmişəm. Hansısa hakimin və ya məhkəmə sədrinin adından istifadə etməyimə isə ümumiyyətlə lüzum əsas görmürəm. Birincisi, belə işlər mənin əxalqıma tamamilə yaddır. İkincisi isə, mən məhkəməyə hansısa hakimin personasına görə deyil, qanunların aliliyinə inanaraq şikayət edirəm. Tələbim də qanunvericiliyin imkan verdiyi çərçivədə olur. Məgər, bunun üçün kiminsə adından istifadə etməyə əsas var?

 

– Hansısa bir KİV-i məhkəməyə vermək Sizin üçün daha məqbul variantdımı? Bəlkə başqa üsullardan istifadə etmək olardı…

 

 

– Mənim jurnalistlərə çox böyük hörmətim var. Doğrusu, heç mənim üçün də hansısa KİV-lə münasibətlərimin hüquq müstəvisində aydınlaşdırılması yaxşı təsir bağışlamır. Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyevin istəyindən sonra, Azərbaycanda senzura ləğv olundu. Bu heç də o demək deyil ki, jurnalist nə istədiyini yaza bilər və buna görə məsuliyyət daşımamalıdır. Təbii ki, obyektivlik prinsipinə əməl olunmayanda, son sözü qanun və məhkəmə deməlidir.

 

 

– Rizvan müəllim, sizə yönələn ittihamlardan biri də, Milli Məclisin sabiq spikeri Rəsul Quliyevlə yaxın münasibətdə olmağınızla bağlıdır. Doğrudanmı belə yaxınlıq var və ya olub?

 

 

– Mən desəm ki, Rəsul Quliyevi tanımıram, bu, tamamilə yalan olar. Çünki o, vaxtilə ölkənin ən rəhbər postlarından birini tutub. Həmin vaxt mən də vəzifədə çalışırdım. Bir komandada təmsil olunduğumuz üçün onu tanımaya bilməzdim. Ancaq xüsusi münasibət və yaxınlıqdan söhbət gedə bilməz. Müxtəlif vaxtlarda, bəzi KİV-lər vasitəsilə mənimlə Rəsul Quliyev arasında güya hansısa iş birliyinin olmasına dair əsası olmayan xəbərlər dövriyəyə buraxılıb. Mən bu versiyanı tamamilə təkzib edirəm. Yəqin mətbuatdan da bilirsiniz ki, Rəsul Quliyevin özü də bu yaxınlarda verdiyi açıqlamada mənimlə bağlı məsələyə aydınlıq gətirdi. O, bildirib ki, Rizvan Vahabovla onun arasında heç bir işbirliyi və ya yaxınlıq yoxdur, heç olmayıb da…

 

Çinarə SEYİDOVA
Azinforum.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın