Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / “Rixos” oteldə təzyiqi qaldıran yeni il qiymətləri – 3 günə 8 min manatadək…

“Rixos” oteldə təzyiqi qaldıran yeni il qiymətləri – 3 günə 8 min manatadək…

İllərdi turizmdəın söz düşəndə hamı Azərbaycanda qiymətlərin ceyranın belində olduğunu, bu üzdən əlinə pul düşən varlı-kasıbın xaricə üz tutduğunu deyir, yazır və haray çəkirik. Hamı səbəbləri də bilir, ümid edilir ki, vəziyyət tezliklə düzələcək və həm qiymətlər aşağı düşəcək, həm xidmətin səviyyəsi artırılacaq, nəticədə qeyri-neft sektorunun ən önəmli sektoru olan turizm nəhayət bu məmləkətə də nəzərəçarpacaq xeyir gətirəcək, bu puladan büdcəyə də pay çatacaq, yetim-yesirin cibinə də…

Amma özümüz deyib özümüz eşidirik. Neçə gündə feysbuka girməyimizə peşmanıq. Qubadakı Rixos oteldə ilsonu nəzərdə tutulacaq vur-çatlasının qiymətləri ilə tanış olanda adamın təzyiqi kəllə-çarxa çıxır.
İnanmırısnızsa buyurun siz də tanış olun, sonra deməyin ki, demədik…

Gəlin ilin son gününü birlikdə Rixos Quba Azerbaijan-da qeyd edək!

Ulduz yağışı ilə yaddaşınızda iz qoyacaq möhtəşəm bayram şousuna hər biriniz dəvətlisiniz. İlin ən gözlənilən bayramında ulduz qonaqlarımız Sizə unudulmaz təəssüratlar bəxş edəcəklər.
31 dekabrdan 2 yanvaradək nəzərdə tutulan, xırda incəliklərinə qədər düşünülmüş bayram paketləri qiymətlərini Sizə təqdim etməkdən məmnunluq duyuruq.

Deluxe Mountain View King – 1999 AZN
Deluxe Mountain View Twin – 1999 AZN
Deluxe Lake View King – 2099 AZN
Deluxe Lake View Twin – 2099 AZN
Junior Suite – 2199 AZN
Honeymoon Suite – 2399 AZN
Family Suite (4 nəfərlik) – 3399 AZN
Manna Villa (2 nəfərlik) – 2499 AZN
Midiya Villa (6 nəfərlik) – 5999 AZN
Urmiya Villa (8 nəfərlik) – 7999 AZN
Atropetana Villa (8 nəfərlik) – 7999 AZN

Şərtlər və müddəalar:
18% ƏDV daxildir.

Qiymət 3 gün 2 nəfər üçün nəzərdə tutulub.
Qiymətə qıdalanma, Wi-Fi xidmətinə ödənişsiz qoşulma, otelin əlavə xidmətlərindən istifadə: (hovuz, sauna, türk hamamı və fitnes zal), daxildi.
Qeyd:
2 yaşadək uşaqlar üçün ödəniş tələb edilmir;
2-6 yaşlı uşaqlara əlavə çarpayı üçün 50 AZN, 6-12 yaşlı uşaqlara 100 AZN, 12 yaşdan böyük şəxslər üçün 150 AZN ödəniş tələb olunur. Qiymət 1 gün üçün nəzərdə tutulmuşdur. Qiymətə qidalanma, şou proqram, Wi-Fi xidməti, otelin əlavə xidmətlərindən (hovuz, sauna, türk hamamı, fitness zalı və kanat yolundan) istifadə daxildir. \\moderator.az\\

Həmçinin oxuyun

Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü – VİDEO

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. Azinforum.az həmin görüntünü təqdim …