Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin möhürü oğurlandı

Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin möhürü oğurlandı

Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin möhürünü oğurlayaq şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, iyulun 11-də Sevil Ələkbərovaya məxsus, içərisində 340 manat, mobil telefon, sənəd və Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə məxsus möhür olan çanta oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Viktoriya Kotlyar tutulub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın