Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Respublika Klinik Xəstəxanasında nə baş verir?

Respublika Klinik Xəstəxanasında nə baş verir?

“Xəstəxananın rəhbər heyəti başda olmaqla bütün tibb işçiləri icbari tibbi sığortanın ölkəmizdə tətbiqinin əhəmiyyətini anlayır və bu prosesə dəstək vermək üçün əlimizdən gələn dəstəyi göstəririk”. 
Bu sözləri Qaynarinfo-ya akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov bildirib. 

Məlumat üçün deyək ki, klinikanın adlarının çəkilməsini istəməyən bir qrup həkimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarından narazılıq edir. Onların sözlərinə görə, Agentliyin əməkdaşları klinikanın işçilərinə qarşı kobud davranır.
“Həkimlər üçün yer müəyyən edilmədən onlar otaqlarından çıxarılır, bahalı tibbi avadanlıqlar dəhlizlərə atılır. Bu da klinikada narazılığa səbəb olub”, – deyə həkimlər iddia edir.
Telman İbadov bu iddialarla bağlı bildirib ki, tibb müəssisəsində aparılan işlərdən narahat olan şəxslərə həm Agentliyin nümayəndələri, həm də xəstəxananın rəhbər heyəti tərəfindən açıqlamalar verilib. “Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq normalara uyğunluğunun təminatı baxımından bu dəyişikliklərin vacibliyi bildirilib. Aparılan işlərin həm tibb işçiləri, həm də əhali üçün faydalı olacağını nəzərə alaraq, müvəqqəti çətinliklərə hər kəsin səbr və təmkinlə yanaşmasını xahiş edirik”, – deyə baş həkim vurğulayıb.
O, görülən işlərin vacibliyinə də toxunub. Telman İbadov deyib ki, icbari tibbi sığorta əhalinin keyfiyyətli tibbi xidmətlər əldə etməsini, vətəndaşları sağlamlıqları ilə bağlı maliyyə risklərindən qorunmasını təmin edir: “Eyni zamanda, icbari tibbi sığortanın səhiyyənin maliyyə imkanlarının artırılmasında, tibb işçilərinin rifahının yaxşılaşdırılmasında və onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasında rolu danılmazdır. 1 aprel tarixindən Bakıda icbari tibbi sığortanın tətbiqi ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında bir sıra optimallaşdırma işləri həyata keçirilir. Tibb müəssisəsində elektron informasiya sisteminin qurulması, kompüter avadanlıqları ilə təchizatı, müxtəlif otaqların tibbi xidmətin təşkili ilə bağlı təyinatı üzrə bölüşdürülməsi işləri aparılır. Eyni zamanda, stasionar və poliklinikada fəaliyyət göstərən həkimlərin ambulator-poliklinik xidməti təşkil etməsi məqsədilə otaqların, tibbi avadanlıqların və tibbi heyətin köçürülməsi işləri uğurla icra olunur.
Qeyd etmək istərdim ki, beynəlxalq qaydalara əsasən, stasionarda ambulator-poliklinik xidmətlər göstərilə bilməz. Bundan sonra Respublika Klinik Xəstəxanasının konsultativ poliklinikasında ambualtor-poliklinik xidmətlərin təşkili həyata keçiriləcək.
Məlumat üçün bildirim ki, ambulator yardım vətəndaşın xəstəxanaya yerləşdirməsi tələb olunmayan tibbi xidmətdir. Stasionar tibbi yardım vətəndaşın xəstəxanaya yerləşdirilməsi tələb olunan tibbi xidmətdir”. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …