Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Real Cəfərli susur, Samir Adıgözəlli yazır: “Toy toğlusu kimi başını çomaxlara sürtür”

Real Cəfərli susur, Samir Adıgözəlli yazır: “Toy toğlusu kimi başını çomaxlara sürtür”

Azinforum.az xəbər verir ki, DAK-ın  İstanbulda keçirilən 13-cü qurultayından sonra, qurum ağır günlərini yaşayır. Olduqca sönük atmosferdə keçən qurultayın ardınca,  Sabir Rüstəmxanlı  Bakıda keçirdiyi mətbuat konfransında DAK-da hər bir məsələnin yolunda olduğunu bəyan etdi. O, bildirdi ki, hətta başqa DAK-ı təmsil edənlər də iddialarından vaz keçib. Rusiyada mafioz kimi xarakterizə olunan Frenk Alkaponenin də ona beyət etdiyini bildirdi. Həmin mətbuat konfransında Sabir Rüstəmxanlıya belə bir sual ünvanlandı:”Daimi Şuranın sədri Əjdər Tağızadə niyə istefa verdi?” Sabir bəy dedi ki, Əjdərin heç bir narazılığı yoxdur, əvəzində oğluna vəzifə vermişik. Əslində, bu cavabın özü DAK dakı kadr seçiminin hansı səviyyədə olmasından xəbər verirdi.

ej Axı, DAK monarxiya qanunları ilə idarə olunmur ki, ata gedəndə onun yerinə oğulu təyin edilsin. DAK İdarə Heyətinin yeni “vitrini” də o qədər dəyişməyib. Çoxu köhnə simalrdı. Hazırda od püskürən Əjdər Tağızadəninin əsas iradlarından biri də,  DAK-dakı kadr təyinatları ilə  bağlıdır. Bəli, məhz təyinatları ilə. Cünki, onun  iddialarına görə, DAK-dakı seçkili orqanlara seçki formal xarakter daşıyır, hər bir məsələdən təyinat iyi gəlir. Əjdər bəyin açıqlamasında başqa bir maraqlı məqam isə,  İstanbul qurultayındakı zalda oturan insanlarla bağlı idi. Onun açıqlamasından belə nəticə hasil olur ki, orda qorxusundan danışa bilməyib. Deyir ki, zal dolu idi DAK-a aidiyyəti olmayan adamlarla. Onda sual oluna bilər: “DAK-a aidiyyəti olmayan insanları zalda nə işi olub?”

RealCeferli

Hər halda, bu və ya digər maraqlı mətləblərə Əjdər Tağızadədən götürəcəyimiz müsahibədə aydınlıq gətirməyə çalışacayıq.

Dəyərli ziyalımız  Sabir Rüstəmxanlı mətbuata açıqlamasında bildirdi ki,  Tağızadəyə cavab verməyi qurumun mətbuat xidmətinə havalə edib. Ancaq bu işə məhsul olan Real Cəfərlinin fəaliyyətində Əjdər Tağızadənin ittihamlarına cavab verə biləcək potensial və qabiliyyət nəzərə çapmır. Məhz bu səbəbdəndir ki, Əjdər Tağızadənin ciddi tənqid olunduğu yazı saytmıza Real Cəfərlinin deyil , DAK İcra Aparatının rəhbəri
Samir Adıgözəllinin imzası ilə daxil olub. Azinforum.az Əjdər Tağızadənin cavab haqqını tanımaqla  həmin yazı təqdim edir.

samir

“Yenə Əjdər Tağızadə meydanda, yenə iftira püskürür, faktlara söykənən və onun iç üzünü açan heç bir sözə cavab verə bilmir, sadəcə toy toğlusu kimi başını çomaxlara sürtür. İndidə bəyan edir ki, İsveç qanunlarına görə DAK-ın faliyyətini dayandırıram, neymiş Əjdər Tağızadənin evi ünvan göstərilmiş və Əjdər də səlahiyyətli nümayəndə imiş. O qədər, qafildi ki, bu adam, hələ də anlamır ki, Qurultay ən üst səviyyədə səlahiyyətli orqandır,qurultayın protokolları ilə keçirildiyi hər hansı ölkədə qeydiyyatdan kecə bilər. Biz də Əjdər Tağızadənin oyunbazlığını bildiyimiz üçün, bir neçə il bundan öncə DAK-ı, Almaniyada,Ukraniyada,indi də Türkiyədə qeydiyyatdan keçirmişik,Rusiyada və digər ölkələrdə də nümayəndəliklərimiz qeydiyyatdan keçib. İkincisi, DAK bəyəm, İsveç qanunları ilə fəaliyyət göstərir? Bəlkə də evini ünvan olaraq göstərəndə, İsveçin kəşfiyyat orqanları qarşısında bir öhdəlik götürmisən biz bilmirik? Bəs sən deyirdin mən Güney üçün savaşıram,nə oldu? Bu gün quyruğun tapdalanan kimi, Güneyin dərdini deyən bir təşkilatı qapadıram deyirsən ki,bunu etmək səndən asılı deyil. Yoxsa, İstanbulda keçirilən Qurultayın yeri və mahiyyəti səni bu qədər rahatsız etdi, bəli bu ilki qurultay,T ürkiyəmizə və Türk millətinə dəstək amacıyla keçirilmişdi. Erməni soyqırım yalanlarını ifşa etmək məqsədi daşıyırdı, Türkiyəmizi yalnızlaşdırmaq istəyən güclərə qarşı Türk millətinin yanında olduğumuzu göstərmək istəyirdik. Bizim erməni soyqırım,yalanlarına qarşı durmağımız əcaba kimlərin xoşuna getməz? Əjdər Tağızadə sənin də yaşadığın və vətəndaşı olduğun İsveç höküməti ola bilirmi? İstanbulda qurultayda pafoslu bir çıxış etdin və bir dəfə də erməni soyqırım yalanını lənətləmədin, niyə səncə? Buna bir açıklaman varmı?Sən bilirsən niyəsini,biz dəyək qoy millət də bilsin.Çünki,İsveç erməni soyqırımı yalanını tanıyan bir ölkədir. Üstəlik həm də soyqırım yoxdur, deyənlərə qarşı cəza qanunu qəbul etmiş bir ölkədir. Burda bozqurt işarəti göstərəcəyinə, bu qanunları qəbul edən və vətəndaşı olduğun ölkənin parlamenti qarşısında etiraz aksiyası keçir, yoxsa Bakıda, Avropada İranın əlehində danışmağa nə varki?! Güneyi çox sevdiyin üçünmü, DAK adına açılmış sayıtı öz reklamın və şəxsi intiriqalarının savaş meydanına çevirmisən? Əjdər Tağızadə Güneyin davasını sənin kimilərin öhdəsinə buraxmıyacaq qədər biz Bütov Azərbaycana könül vermiş insanlarıq və oğlun Babək Tağızadənin işlətdiyi və sənin şəxsi intiriqa yuvana çevrilmiş olduğun, DAK adına sayıtın Dünya Azərbaycanlılar Konqresinə heç bir aidiyətıi yoxdur. Bunu da Azərbaycan ictimaiyyətinin bilməsini istəyirik”.

Rövşən ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın