Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Razi Nurullayevin qalib olduğu dairədə seçkilər yenidən keçiriləcək? – YENİLƏNİB

Razi Nurullayevin qalib olduğu dairədə seçkilər yenidən keçiriləcək? – YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 79 saylı İmişli seçki dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Uniakl.org xəbər verir ki, bu dairə üzrə müraciətlər haqqında MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. O qeyd edib ki, həmin dairədən qeydə alınmış bir neçə namizəd müraciət edərək, bəzi məntəqələrdə seçkinin şəffaf keçirilmədiyini diqqətə çatdırıblar. Namizədlər dairə üzrə nəticələrin ləğvi ilə bağlı MSK-ya müraciət ediblər.

Komissiyanın ekspert qrupunun rəyi əsasında şikayət təmin edilib. Beləliklə, həmin dairə üzrə beş məntəqənin nəticələri ləğv edilib. Bu, 14, 16, 21, 23, 25 saylı məntəqələrdir.

Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən dairə üzrə məntəqələrin 2/5-sinin nəticələöri ləğv edilirsə, bu dairə üzrə nəticələr etibarsız sayılır. 79 saylı seçki dairəsində bu yetərsay təmin olunmadığından dairənin ümumi nəticələri ləğv edilmir. Onu da qeyd edək ki, bu dairədən qalib namizəd Razi Nurullayevdir.

***16:59

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

Unikal.org  xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib. 

O bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib. “Araşdırmanın nəticəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında, seçicilərin iradəsinə təsir edən amillərin olması təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Belə ki, 16 saylı seçki məntəqəsində səsvermənin etibarsız sayılması üçün şərait yaranıb”. 

İclasda həmin dairənin 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Həmçinin oxuyun

 “Qoşulmama Hərəkatına üzv ölkələr buna kişi kimi imkan vermədi” – Dövlət başçısı

“1993-cü ildə qəbul edilmiş qətnamələrdə deyilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Amma onlar elə …