Ana səhifə / Aktual / Rayonlara gediş haqqında qiymət nə qədər artacaq? – Yeni qiymətlə

Rayonlara gediş haqqında qiymət nə qədər artacaq? – Yeni qiymətlə

Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq.

Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Mia.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova AzVision.az-a açıqlamasında bildirib ki, yeni tariflə məsafədən asılı olaraq şəhər və rayonlara qiymətlər yenidən hesablanır.

“Hazırda daşıyıcılarla görüşlər keçirilir və yeni tariflərlə qiymətlər hesablanır. Məsələn, Zaqatala rayonuna əvvəl 6,69 qəpiyə gedilirdisə, hazırki tariflə bu qiymət 10 manat olacaq. Və ya Tərtər istiqmaətdə əvvəl gediş haqqı 5,20 qəpik idisə, yeni tariflə 7,80 qəpik olacaq. Yeni qiymətlər hazır olan kimi ictimaiyyətə cədvəl açıqlanacaq”.

Həmçinin oxuyun

“Üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edənləri döydülər” – Nərmin Şahmarzadə

“Mübariz İbrahimov barədə statusuma görə mənə qarşı kampaniya başladılandan sonra təhsil aldığım Bakı Dövlət Universitetində …