Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Rauf Talışinski vəfat etdi

Rauf Talışinski vəfat etdi

Azərbaycanda nəşr olunan rusdilli “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə “Exo” qəzetinin işçiləri bildiriblər.

R.Talışinski Azərbaycan jurnalistikasının tanınmış simalarından biri idi.

Rauf Talışinski 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmən fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur. O, “Molodej Azerbaydjana (1978-1981), “Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Zerkalo” qəzetinin baş redaktoru olub. 2001-ci ildən isə Rauf Talışinski “Exo” qəzetinin baş redaktoru postunda çalışıb

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …