Cümə axşamı , Mart 28 2024
Ana səhifə / RAUF ARİFOĞLUNUN PAYLAŞDIĞI FOTOLARLA BAĞLI SİRRLİ MƏQAM-QADAĞAN OLUNAN ŞƏKİLLƏRİ KİM VƏ NECƏ ÇƏKİB?

RAUF ARİFOĞLUNUN PAYLAŞDIĞI FOTOLARLA BAĞLI SİRRLİ MƏQAM-QADAĞAN OLUNAN ŞƏKİLLƏRİ KİM VƏ NECƏ ÇƏKİB?

Azinforum.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə Müsavat Partiyasının başqanı Arif Hacılı arasında yaşanan gərginlik davam edir. Vəziyyət o həddə çatıb ki, Rauf Arifoğlu öz Feysbuq səhifəsində Arif Hacılı və başqa siyasilərlə türmədə olduqları zamanı əhatə edən şəkilləri paylaşıb. Baş redaktorun özü qeyd edir ki, həmin şəkillər hazırda tarixin arxivinə qovuşan məşhur “Bayıl türməsi”ndə çəkilib.

 

Şəkillərlə bağlı vurulan siyasi ehamlar və “oğru” dünyasının prinsipləri əsasında ortaya qoyulan yanaşma barədə ətraflı məlumat vermişik. Bu xüsusda qeyd edə bilərik ki, tərəflər bir-birinin ünvanına kriminal aləmin leksikonlarına aid olan jarqonlar əsasında itihamlar səsləndiriblər. Ancaq Azinforum.az olaraq bizə mövzunun daha ciddi aspekti maraqlı gəldiyi üçün, bu yöndə araşdırma apardıq. Məlumdur ki, Rauf Arifoğlu digər siyasi silahdaşları ilə ” Bayıl türməsi”ndə 2003-2004-cü illərdə olub. Həmin vaxt onlar “Bayıl türməsi”nin ən ciddi nəzarət edilən 5-ci “güllə korpusu”nda saxlanıblar. Bu baxımdan da, şəkillərin türməyə gizli keçirilən mobil telefonla çəkilə bilmə ehtimalı sıfırdır. Çünki o zamankı telefonların funksiyasında şəkil və ya video çəkmək imkanları olmayıb.

 

Onda sual yaranır: Bu şəkilləri kim və hansı vasitə ilə çəkib?
Azinforum.az yuxarıdakı sualla həm Rauf Arifoğluna, həm də Arif Hacılıya müraciət edib.
Müsavat başqanı ümumiyyətlə bu sualdan yayınıb və heç bir cavab verməyib.
Rauf Arifoğlunun isə cavabı belə oldu:

 

“Yaxşı sualıardı. Vaxtilə bu barədə yazmışam, amma yenə yazmağı planlayıram. Məqalə şəklində yazacam”.
Biz internetdə apardığımız axtarış nəticəsində Rauf Arifoğlunun şəkillərin necə çəkilməsilə bağlı hansısa yazısına rast gəlmədik. Maraqlandığımız suala dolğun cavab ala bilmədiyimiz üçün, özümüz bu yöndə araşdırma aparmaq qərarına gəldik.
Qeyd edək ki, “Bayıl türməsi” istintaq təcridxanası olduğundan, orda məhkumların şəkil çəkdirməsi qanunvericiliklə qadağan edilib. Hansısa istintaq əməliyyatı zərurətilə çəkilməsi lazım olan fotolar üçün isə xüsusi otaq mövcud olub. Ancaq Rauf bəyin paylaşdığı fotolardan aydın görünür ki, onların əksəriyyəti 5-ci korpusun “proqulkasında” çəkilib. Azinforum.az-ın araşdırmasına görə, həmin dövrdə 5-ci korpusa əslən Cəbrayıldan olan Mirzəli adda işçi nəzarət edib. Hələ sovet dövründən xüsusi qəddarlığı ilə ad çıxaran Mirzəlinin belə risqə getmə ehtimalı inandırıcı görünmür. Həmin dövrdə türmədə olan siyasilərə ciddi nəzarət edildiyindən, onlara hansısa yolla fotoaparatın keçirilməsi də mümkün sayılmır.

 

Yeganə və inandırıcı versiya budur ki, həmin şəkillər “Bayıl türməsi”nin xidməti personalı tərəfindən çəkilib.

 

Azinforum.az bildirir ki, türmə rəhbərliyinin icazəsi olmadan bu risqli hərəkəti kiminsə etməsi də tam mümkünsüzdür. Xatırladaq ki, həmin dövr “Bayıl türməsi”nin rəisi əslən gəncəli Dəmir adlı polkovnik olub. Türmənin bütün idarə olunmasına isə onun əslən göyçaylı  Ağamməd adlı müavini cavabdeh olub. Bizim ehtimalımıza görə, siyasilərin arxivi üçün əvəzolunmaz hədiyyəni onlara ya Dəmir, ya da Ağamməd edib. Çünki 5-ci korpusun “proqulkası”na heç istintaqı aparan müstəntiqlərin belə icazəsi olmayıb.
İstənilən halda, bu sirri tam çözmək üçün Rauf Arifoğlunun söz verdiyi məqaləni oxumaq gözəl olardı. Gözləyirik…

RÖVŞƏN ƏLİ
AZİNFORUM.AZ








 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın