Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / RASİMİN BURAXDIĞI SƏHVDƏ BƏZİ VİCDANSIZ QHT-LƏRİN ROLU – MƏHƏMMƏDƏLİ QƏRİBLİ

RASİMİN BURAXDIĞI SƏHVDƏ BƏZİ VİCDANSIZ QHT-LƏRİN ROLU – MƏHƏMMƏDƏLİ QƏRİBLİ

Həmkarımız Rasim Əliyevin ölümü mənə çox pis təsir edib. Bu hadisəni qınamışam və bütün günahkarların layiqli cəza almasını istədiyimi bildirmişəm. Eyni zamanda, hesab edirəm ki, bu, adi kriminal hadisədən  daha çox effektə malik olan bir olaydı. Artıq işartılar var. Bəzi beynəlxalq dairələr məsələni tam siyasiləşdirmək istəyir və belə cəhdlər gələcəkdə də olacaq. Bir sözlə, bu qətllə bağlı Azərbaycan dövlətinin üzərinə edilən basqılarda artan dinamika müşahidə ediiləcək.

Hadisənin digər və ən vacib yönü isə, Rasimə qarşı edilən həkim səhlənkarlığı ilə bağlıdır. Həmkarımızın səhətinə lazımi və peşəkar həkim müdaxiləsi vaxtında edilsəydi bu açı sonluq da olmazdı. Bunlar aydındı…

Ancaq məsələyə bir qədər professional aspektən yanaşmanın ortaya qoyulmasını istərdim ki, bu vacib və bizi ciddi narahat etməyə başlayan  məqam gələckdə təkrar olunmasın. Bunu ilk gündən yazmaq istədim, ancaq cəmiyyətdəki gərgin abu-havanın bir qədər səngiməsini gözlədim. Təəssüf ki, hadisənin bu aspektinə heç kim toxunmaq istəmir.

Bu üzücü hadisə ilə bağlı bir sual yaranır: hadisədə Rasimin təqsiri olubmu? Mən buna professional jurnalistin buraxmalı olmadığı səhv kontekstindən cavab vermək istərdim. Əvvəlcədən bildirirəm ki, bu səhvin Rasimin nə yazması ilə bağlantısı yoxdur. Çünki tənqidə görə jurnalistlə belə haqq-hesab çürütmürlər. Hətta həmin yazıda təhqir elementləri olubsa belə, onu həll etmək üçün daha sivil yollar möcuddur. Heç kim Rasimə qarşı edilən cinayətə haqq qazandıra bilməz. İndisə gəlin görək, jurnalistin başına  bu faciə necə və hansı şəraitdə gəlib? O, yazdığı yazıya görə, əvvəlcə onu təhqir edən, tanımadığı, heç sifətini belə görmədiyi bir şəxslə görüşə çıxıb. Özü də harda? Küçənin ortasında…

ra

Professionallıq nöqteyindən yanaşsaq, bu böyük yalnışlıqdı. Ciddi jurnalistika ilə məşğul olanlar üçün beynəlxalq qurumların maliyyə dəstəyilə media nümayəndələrinin təhlükəsizliyilnin necə qoruması ilə bağlı çoxsaylı təlimlər keçirilir. Həmin təlimlərə dünyanın ən ciddi və risqli mövzularında yazan, bu sahədə böyük təcrübəsi olan jurnalistlər mühazirə demək üçün dəvət olunur. Tanınmış serb jurnalisti Stefan Diankovicin ekspertliyilə həyata keçirilən belə tədbirlərdən birində mən də 3 gün iştirak etmişəm. Orda da bizə başa saldılar ki, jurnalistin fəaliyyətilə bağlı kiminləsə naməlum yerdə görüşməsi doğru deyil. Belə görüşlər bir neçə nəfərin iştirakı ilə yalnız redaksiyada baş tutmalıdır. Bəlkə də, bu xatırlatma bəziləri üçün adi görünə bilər. Əminəm ki, bu qaydanı bilən və ona əməl edən jurnalistlərimiz də az deyil. Ancaq bilməyənlər üçün belə maarifləndirmənin böyük təsiri olur.

 

ras

O da bəllidir ki, bizim ölkədə fəaliyyət göstərən QHT-lər mediada layihələrin həyata keçirilməsi adı ilə samballı məbləğdə qrantlar alırlar.  Fəaliyyətlərindən isə görünür ki, gördükləri iş isə həmin qrantı rahat həzm etməkdən ibarətdir. Bir də təşkilatlarının loqoları fonunda yığdıqları bir sürü adamla şəkil çəkdirib QHT Şurasına təqdim etməkdən . Mən medianın adı ilə qrantları “basıb” yeyən QHT-lərə sual edirəm: niyə bizim təhlükəsizliyimizlə bağlı seminarlar təşkil etmirsiniz? Axı , belə layıhələr üçün sizlərə dövlətin büdcəsindən külli miqdarda pul ayrılır. Bu pullar ayrılmır ki, siz onu həzm edib sonra dövləti ağır vəziyyətdə qoyasınız? Bəli, bəlkə də, mərhum Rasim belə seminarlardan birində iştirak etsəydi, professional jurnalist məstləyinin kiminləsə küçədə görüşməyi qadağan etdiyini qulağında sırğa edərdi və nəticə bu sonluğa yuvarlanmazdı. Bir sözlə, Rasmin burağdığı kobud səhv onun həyatı bahasına başa gəldisə, bizim adımızla qrant yeyənlərin  isə, heç tükü də tərpənmədi, onlar öz işlərindədir.

Mən eyni zamanda, jurnalist həmkarlarıma bu istiqamətdə ciddi araşdırmaların aparılmasını tövsiyə edərdim. Araşdırın və tapın görün, jurnalistlərin təhlükəsizliyilə bağlı hansı QHT-lərə qrant ayrılıb və onlar bu yöndə nə iş görüblər? Araşdırın ki, onların bizim adımızdan pul yeməklərinə son qoyaq və Rasim bizim sonuncu itkimiz olsun…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın