Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Rasim Balayevlə Amaliya Pənahova yenə bir arada: bu dəfə hind filmində

Rasim Balayevlə Amaliya Pənahova yenə bir arada: bu dəfə hind filmində

Bollivudun tanınmış rejissoru Priyadarşan ilk dəfə Bakıda film çəkəcək.

musavat.com-un xəbərinə görə, bu barədə bu gün BMM-də keçirilən mətbuat konfransında bildirilib.

Tədbirdə çıxış edən “MR-Pictures Pro” şirkətinin rəhbəri Rauf Mehdiyev yaradıcı heyət və layihə haqqında məlumat verib.

Daha sonra çıxış üçün söz Bollivudun tanınmış rejissoru Priyadarşana verilib. O bildirib ki, yeni layihə Azərbaycan və Hindistan arasında mədəni əlaqələrin inkişafına təkan verəcək: “Ölkələr arasında mədəni əlaqələrin inkişafında bu film vasitə olacaq. Hazırda Hindistanda ildə 600 film çəkilir. Bu dünyada ən böyük göstəricidir. Bu ilk filmdir ki, mən onu məkan olaraq Hindistandan kənarda çəkirəm. İnanıram ki, film azərbaycanlı tamaşaçıların xoşuna gələcək. Çünki yeni ekran əsərində həm Azərbaycanın, həm də Hindistanın məşhur aktyorları rol alıb”.

Rejissor bildirib ki, bu təşəbbüsün əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq, tarixi və mədəniyyəti ilə bağlı geniş məlumatlar yaymaqdır.

Filmdə rol alan xalq artisti Amaliya Pənahova layihənin uzunmüddətli sövdələşmədən sonra baş tutduğunu bildirib. O, Hindistanın “Full House” kino şirkəti, Azərbaycanın “MR-Pictures Pro” və “Amal Film Production”un birgə reallaşdırdığı layihə nəticəsində Azərbaycan və Hindistan arasında mədəni əlaqələrinin daha da inkişaf edəcəyini qeyd edib: “Sözügedən layihə gələcəkdə kino və incəsənət sahəsində müxtəlif təşəbbüslərin reallaşdırılmasına zəmin yaradacaq, təcrübə mübadiləsi üçün imkanlar açacaq”.

Tədbirdə filmdə rol alan xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artist Füzuli Hüseynov, həmçinin ekran işinin prodüsseri, “Full House” kino şirkətinin baş direktoru Ceyson Pulikotil, həmçinin Dia Ke Soun iştirak ediblər.

Qeyd edək ki, adı çəkilən layihə Azərbaycanla Hindistan arasında gercəkləşəcək ilk kinolayihədir. Triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohanlal Vişvanatan Nair oynayacaq. Ekran işində həmçinin Aparna Nair və Sabu Siril çəkiləcək.

Onu da qeyd edək ki, Priyadarşan filmoqrafiyası olduqca zəngindir. Rejissor Bollivud tarixində 2-ci ən çox film çəkən rejissordur. “Kanchivaram” filminə görə Hindistanın prezidenti tərəfindən iki dəfə ölkənin milli mukafatına layiq görülüb. Film sahəsindəki xidmətlərinə görə ölkəsinin müxtəlif ali mükafatlarını alan rejissor, həm də dövlət tərəfindən təsis edilən mülki “Padmashri” ödülü ilə mükafatlandırılıb. Fimoqrafiyası 89 filmlə zəngin olan Priyadarşan həm də müxtəlif ölkələrdə 168-dən çox reklam çarxı çəkib. Onun filmlərində hind kinosunun canlı əfsanəsi Amitabx Baççan, Şahrux Xan, Anil Kapur, Akşay Kumar, Acay Devqan və Salman Xan kimi dünyada məşhur aktyorlar rol alıb.

 

Həmçinin oxuyun

Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərnişinləri düşürərək xətdən çıxıb – VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi …

Bir cavab yazın