Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Aktual / Rasim Balayev Cıdır düzündə torpağı öpüb qucaqladı – Video

Rasim Balayev Cıdır düzündə torpağı öpüb qucaqladı – Video

İllər sonra Şuşaya gedən Xalq artisti Rasim Balayev Cıdır düzündə torpağı öpüb, duyğulu anlar yaşayıb.

“Qafqazinfo” xəbər verir ki, həmin anları “Birinci Studiya” proqramı lentə alıb.

Verilişin aparıcısı Lalə Azərtaş qeyd edib ki, sənətkar sağlamlığında problemlərin olmasına baxmayaraq, Şuşaya gedib.

“Mən arzu edirəm ki, bütün insanlarımızın, elimizin, obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi”, – sonuncu dəfə Şuşada 1986-cı ildə olduğunu xatırlayan R. Balayev deyib.

Xatırladaq ki, daha əvvəl R. Balayev və ailə üzvlərinin 35 il sonra İsa bulağında çəkdirdiyi foto sosial şəbəkələrdə böyük marağa səbəb olmuşdu.


 


Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi ailəsi II Fəxri Xiyabana yürüş ediblər

Sentyabrın 27-sində Bakı Gənclər Mərkəzi əməkdaşları və gənclərilə birlikdə II Fəxri Xiyabana yürüş etmişdir.Ümumilikdə 100 …