Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi

Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 21 yaşlı qızı Ayşat Kadırovanı Mədəniyyət nazirinin birinci müavini təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kadırov Teleqram kanalında məlumat verib:

“Ayşatın yeni vəzifəyə təyin olunması qəti verilmiş qərardır. Gənc olmasına baxmayaraq, mədəniyyət sahəsi daxil olmaqla, ən mürəkkəb və irimiqyaslı layihələrin idarəedilməsində zəngin təcrübəyə sahibdir”.

Ramzan Kadırovun sözlərinə görə, müvafiq qərar Çeçenistanın Mədəniyyət naziri Xoj-Baudi Daayevin təşəbbüsü ilə imzalanıb.

Qeyd edək ki, Ayşat Kadırova  “Firdaw” moda evinin sahibidir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …