Ana səhifə / Aktual / Ramiz Novruzun qızı ABŞ-a erməni ilə görüşə gedir – qalmaqal, FOTOLAR, VİDEO

Ramiz Novruzun qızı ABŞ-a erməni ilə görüşə gedir – qalmaqal, FOTOLAR, VİDEO

Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni sevdası yenidən gündəmə gəlib. Belə ki, bu dəfə stilist ABŞ-da fəaliyyət göstərən “Beyond Beauty Parlor” studiyasının rəhbəri Alis Ataxanyanın dəvəti ilə ustad dərslərinə gedəcək. Bu barədə stilist sosial şəbəkədə məlumat yayıb.

Axşam.az saytının yazdığına görə, stilist paylaşımında Alisin soyadını yazmayıb. Amma Ataxanyan öz səhifəsində erməni məşhurlarla fotolar yayımlayıb. Onunla bağlı internetdəki informasiyalarda erməni olduğu barədə məlumatlar yer alıb.

Məsələ ilə bağlı musavat.com-un əməkdaşı kiçik araşdırma aparıb. Məlum olub ki, Alis Ataxanyan İranın Tehran şəhərində anadan olmuş erməni əsilli stilistdir. Onun sosial şəbəkələrdəki izləyicilərinin, eləcə də əməkdaşlarının böyük əksəriyyəti ermənilərdir.

Araşdırmadan o da məlum olub ki, erməni stilisti bir zamanlar xalq artistinin qızının ürəyini “fəth edən” erməni əsilli stilist Georgi Kotla da əməkdaşlıq edir.

Stilist öz “Facebook” səhifəsində 4 dekabr paylaşımında onun təşkil etdiyi festivala gəldiyi üçün Georgi Kota təşəkkür edib və erməni dostlarının sağlığına badə qaldırıb. “Onlar üçün gözəl erməni mahnıları oxuyun” deyə stilist bildirib.

Alis Ataxanyan dəfələrlə erməni kino ulduzlarının da stilisti olub. Bununla bağlı internet resurslarında kifayət qədər videogörüntülər var.

Məsələ ilə bağlı stilist Şəfəq Novruzova ilə əlaqə saxlamağa çalışsaq da, fəaliyyət göstərdiyi studiyanın əməkdaşları onun hər zaman çalışdığını, bu səbəbdən də cavab vermək imkanında olmadığını bildirdilər.

Xatırladaq ki, xalq artisti Ramiz Novruzun qızı Şəfa Novruzovanın adı ötən il erməni əsilli stilist Georgi Kotla birgə hallanırdı. Stilist erməni əsilli həmkarı ilə münasibət qurmasına görə ictimaiyyətin ciddi tənqidlərinə tuş gəlsə də, o, heç nədən çəkinməyərək, erməni əsilli stilisti çox sevdiyini, istədiyi vaxt onun yanına gedəcəyini demişdi və öz dediyini də yerinə yetirmişdi.

Xalq artisti Ramiz Novruz isə bütün bu xəbərlərin qızına qarşı qarayaxma kampaniyası aparan insanların işi olduğunu bildirmişdi: “Şəfəq öz işində çox böyük nailiyyətlər əldə edib və bunu heç bir şey edə bilməyən insanlar götürə bilmirlər. Məqsəd onu gözdən salmaq, işinə zərbə vurmaqdır. Onun yaradıcılığı Azərbaycanı bu sahədə təmsil etməyə yetəcək gücdədir”.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …