Ana səhifə / Aktual / Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb – O, həm də nazir müavinin oğludur…

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb – O, həm də nazir müavinin oğludur…

Hesablama Palatası FHN-də yoxlama aparıb. Kəmaləddin Heydərovun müavini Teymur Mehdiyevin oğlu, polkovnik-leytnant Elvin Mehdiyevin yüksək məbləğdə “əskiyi” çıxıb…

Hesablama Palatası FHN-in Dövlət Yanğın Mühafizə Xidmətində yoxlamaları başa çatdırıb.

PİA.az-ın əldə etdiyi məlumata görə, yoxlama nəticəsində Xidmətin maliyyə idarəsinin rəisi daxili xidmət polkovnik leytenantı Elvin Mehdiyevin fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi aşkar edilib. El dilində desək, polkovnik-leytnatın yüksək məbləğdə “əskiyi” çıxıb.

Əldə etdiyimiz məlumata görə Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyeyevin nəvəsi, FHN-də nazir müavini Teymur Mehdiyevin oğlu olan Elvin Mehdiyevin vəziyyəti heç də həsəd aparılacaq durumda deyil. Onun işdən azad olunması qaçınılmaz göründüyü kimi, dəyən ziyanın ödənilməsi baş verməzsə, polkovmik-leytnatın həbs olunması da istisna olunmur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
 

Həmçinin oxuyun

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. “Report” xatırladır ki, Silahlı Qüvvələrin yaradılmasından 104 il …