Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Aktual / Ramiz Mehdiyevin kürəkəni bu gün azadlığa buraxılacaq

Ramiz Mehdiyevin kürəkəni bu gün azadlığa buraxılacaq

Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır.

Azinforum.az xəbər verir ki, hər iki şəxsə avqustun 22-də 15 sutka müddətində cəza kəsilmişdi. Onlar cəza müddətləri başa çatdığı üçün azadlığa buraxılacaqlar.

Xatırladaq ki, İ.Əliyev və R.Mustafayev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirdilər.

İlham Əliyevin qudası Rövşən Mustafayev də həbs edilib - FOTO

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.

Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi.

Həmçinin oxuyun

Pərvin milyonluq bağın sahibindən danışdı: “21 yaşında mən o bağda ilk dəfə…”

Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial …