Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Ramiz Mehdiyevi iylənməyə qoymayaq, iyləndikcə ölkəmiz üçün problem ola bilər” – Hafiz Hacıyevdən AĞIR İFADƏLƏR

“Ramiz Mehdiyevi iylənməyə qoymayaq, iyləndikcə ölkəmiz üçün problem ola bilər” – Hafiz Hacıyevdən AĞIR İFADƏLƏR

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı “Təzadlar”a açıqlama verib.

O bildirib ki, nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar: “Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir – nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”.

Bununla bağlı KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Sevinc Osmanqızı, Qənimət Zahid və digəriləri ölkədə yüksək vəzifə tutanlar tərəfindən himayə edilir:

“Belə bir proses varsa, bu, hamıya şamil edilməlidir. Bəzi qüvvələr onların ölkəyə gətirilməsinə maneə olurlar. Çünki qorxurlar ki, pul verilməsi və öyrədilməsi ortaya çıxacaq. Ona görə də bu məsələlərin üstünün açılmaması üçün müxtəlif oyunlar oynanılır. Mən gedən proseslərdən narahatam. Ramiz Mehdiyev mətbuata açıqlamasında hədələdi ki, kimlərin adını açıqlasam, dünya dağılacaq. Əslində xaricdə aparılan bütün söyüş kampaniyasının başında Ramiz Mehdiyev və onun köməkçisi Əli Həsənov durur. Bu gün Əli Həsənov ölkədən qaçıb”.

Hafiz Hacıyev fikrini belə tamamlayıb:

“Ramiz Mehdiyev çıxıb hədələyir ki, əlimdə önəmli faktlar var. Deməli, sən cinayətkarlar yetişdiribsən. O, hazırda iz azdırır. Xaricdə onlara əzabkeş obraz yaratdılar, guya demokratiya uğrunda mübarizə aparırlar. Ona görə də Azərbaycan hökuməti onları sıxır. Gəlin, onlara sığınacaq verək ki, ölkəyə gətirilməsin. Çünki hüquq mühafizə orqanları onlardan ifadə alanda kimlərin maliyyələşdirildiyi bilinəcək. Necə ki, Qurban Məmmədov açıb söylədi ki, son zamanlar kimlər onların yanına gəlib. Həmin məmurlara böyük cəza verilməlidir. Mən 10 il bundan öncə söyləmişəm ki, bunların arxasında Ramiz Mehdiyev dayanır. Ona görə də cəzalandırılmalıdır. Qoymaq lazım deyil ki, o, iylənsin, çünki iyləndikcə ölkəmiz üçün problem ola bilər”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …