Ana səhifə / Aktual / RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub.

Bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib: “Bu gün Rəyasət Heyətinin iclasında məni öz vəzifəmə qaytarmağa səs verdilər. Rəyasət Heyətinin üzvlərinə təşəkkür edirəm. Qoy hər yerdə ədalət zəfər çalısın”.

Xatırladaq ki, martın 16-da Səbail Rayon Məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılmışdı.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar vermişdi.

Qeyd edək ki, 11 dekabr 2020-ci ildə keçirilən AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilmiş, onun yerinə akademik Qərib Məmmədov direktor v.i.e. təyin olunmuşdu.

Onu da xatırladaq ki, millət vəkili Etibar Əliyev parlamentin iclasında Əlövsət Quliyevin işdən azad edilməsinin qanunsuz olduğunu bildirmiş və buna görə AMEA rəhbərliyini kəskin tənqid etmişdi.

Həmçinin oxuyun

Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməlləri davam edir – VİDEO

Qaçaqmalçılıq yolu ilə növbəti yük avtomobilləri İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın dəhlizi vasitəsilə …