Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verdi

Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

“Qafqazinfo” Unikal.org-a istinadən xəbər verir ki, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Elton Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:

“Bəli, yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam.”

Xatırladaq ki, keçmiş deputat Elton Məmmədov eks-Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …