Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Aktual / Ramiz Mehdiyev danışdı: “Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər”

Ramiz Mehdiyev danışdı: “Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər”

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı «Təzadlar»a açıqlama verib.

Azinforum.az xəbər verir ki, AMEA rəhbəri ona qarşı aparılan qarayaxmalardan danışıb:

“Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir – nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.

Həmçinin oxuyun

Bərdə rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan 28 yaşlı qadın ölüb

Sentyabrın 23-ü saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi …