Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Ramiz Mehdiyev Əli Abbasovu işdən çıxardı

Ramiz Mehdiyev Əli Abbasovu işdən çıxardı

AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib.
Yeni direktor Vasif Abbasov kollektivə təqdim olunub. 
Tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri professor Elton Məmmədov V. Abbasovu kollektivə təqdim edərək onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən bəhs edib. O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin, E. Məmmədov YT Parkın fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.
Qeyd edək ki, V. Abbasovdan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov idi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …