Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Ramiz Həsənovun səfir qardaşı geri çağırıldı

Ramiz Həsənovun səfir qardaşı geri çağırıldı

Prezident Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri ilə bağlı sərəncam verib.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda qeyd olunur ki, Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Qeyd edək ki, Dursun Həsənov Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır. Bir neçə gün öncə R. Həsənovun XİN-in həbs edilən yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işinin istintaqına çağırılaraq dindirildiyi haqda məlumat yayılmışdı.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …