Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ramiz Əzizbəylidən son xəbər

Ramiz Əzizbəylidən son xəbər

Xalq artisti Ramiz Əzizbəyli ev şəraitində müalicəsini davam etdirir.

Bu barədə “Qafqazinfo”ya aktyorun qızı Cəlalə Əzizbəyli məlumat verib. O, açıqlamasında bildirib ki, sənətkarın digər ayağının damarlarında da tıxanma var:

“Yeni ildən etibarən xəstəxanada yox, evdədir. Şükür ki, vəziyyəti yaxşıdır. Bir ayağındakı barmaqlar amputasiya olunub. Digərinə keçmə ehtimalı var. Onsuz da digər ayağı müalicə olunmalıdır, çünki tıxanmalar var. İnşallah müalicə olunacaq. Həkim özü şəxsən nəzarət edir”.

 

 

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …