Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi- Vəziyyəti ağırdır

Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi- Vəziyyəti ağırdır

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə əməkdar artist Mehriban Xanlarova “Bizimləsən” proqramına qonaq olarkən deyib.

Aktrisa qeyd edib ki, məşhur aktyor özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır. Daha sonra canlı efirdə R. Əzizbəyli ilə əlaqə saxlanılıb. O, danışmaqda çətinlik çəkib: “Yaxşıyam, klinikadaym. Qızımla danışa bilərsiz? Telefonu ona ötürürəm”.

Qızı isə açıqlamasında aktyorun insultdan əziyyət çəkdiyini söyləyib: “Barmağında qanqren başlayıb. Damarlarında da tıxanma var. Xəstəxanaya gətirmişik”.

Xatırladaq ki, xalq artisti beyinin işemik insultu xəstəliyindən əziyyət çəkir.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …