Ana səhifə / Aktual / Ramil Usubovdan iki generalla bağlı təyinat – DİN-də dəyişiklik

Ramil Usubovdan iki generalla bağlı təyinat – DİN-də dəyişiklik

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

Azinforum.az Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab BağırovÇevik Polis Alayının komandiri təyin olunub.
Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Xəbəri DİN-dən Unikal.org-a təsdiqləyiblər.
Xatırladaq ki, S. Bağırov Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini təyin olunmazdan əvvəl də Əlahiddə Çevik Polis Alayının komandiri olub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …