Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

Daxili İşlər naziri Ramil Usubov yeni rəis müavini təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun  əmri ilə, polis mayoru  Abdullayev  Əbülfət Ulduz oğlu İsmayıllı rayon Polis şöbəsinin rəis müavini təyin edilib.

Xəbəri İsmayıllı rayon Polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …