Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Ramil Səfərov Aygün Kazımovanın konsertində – FOTO

Ramil Səfərov Aygün Kazımovanın konsertində – FOTO

Gecəyə dostları ilə qatılan zabiti cangüdənlər müşayiət edib.

Azərbaycanlı zabit Ramil Səfərov xalq artisti Aygün Kazımovanın “Ayrılarmı könül candan” adlı konsertinə qatılıb.

Azinforum.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, gecəyə dostları ilə qatılan zabiti cangüdənlər müşayiət edib. R.Səfərovun fotolarının çəkilməsinə icazə verilməsə də, əməkdaşımız hərbçinin bəzi şəkillərini lentə ala bilib.

Qeyd edək ki, xalq artisti səhnəyə transparan köynək və qısa şortda çıxıb. İlk olaraq “Coffee from Colombia” mahnısını səsləndirən Kazımova daha sonra qonaqları salamlayıb:

“Xoş gəlmisinz, canlarım. Bu gün sizlərə əsl şou göstərəcəm. Sizinlə birlikdə həm oxuyacam, həm rəqs edəcəm. Yanımda olduğunuz üçün təşəkkür edirəm”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın