Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Ramazanın 4-cü gününün duası – İmsak və iftar vaxtı

Ramazanın 4-cü gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının dördüncü günüdür. Azinforum.azxəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 9-da imsak saat 03:52-də, iftar isə saat 19:59-dadır.

Ramazan ayının 4-cü gününün duası:

“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”.

Tərcüməsi:

“İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”

Allah orucunuzu qəbul etsin!

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …