Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / “Ramazan ayında insan ən ibtidai, maddi ehtiyaclarından imtina etməklə inkişaf edir…”

“Ramazan ayında insan ən ibtidai, maddi ehtiyaclarından imtina etməklə inkişaf edir…”

“Bu ay yeganə aydır ki, adı “Qurani-Kərim”də çəkilib və Ramazan  ayının üstünlüyü “Qurani-Kərim”in bu ayda nazil olmasıyla bağlıdır”
Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib. İlahiyyatçı bildirib ki, bu ay insanın özüylə mübarizə ayıdır:
“Qafqaz Müsəlmanları İdarəsinin Elmi Dini Şurası və Qazilər şurasının fətvasına əsasən Azərbaycan ərazisində Mübarək Ramazan ayı mayın 6-da daxil olur. Mübarək Ramazan ayı İslam dinində xüsusi çəkiyə və yerə malik olan bir aydır. Bu ay yeganə aydır ki, adı “Qurani-Kərim”də çəkilib və Ramazan  ayının üstünlüyü “Qurani-Kərim”in bu ayda nazil olmasıyla bağlıdır. Allahın bəşəriyyətə göndərdiyi ən son kitab və İslam dini məhz Ramazan ayında nazil olunub və ona görə də bu ay digər aylardan üstün hesab olunur. Ramazan ayında müsəlmanlara oruc tutmaq vacibdir. Bəqərə surəsində qeyd olunur ki, “Ey, İman gətirənlər! Sizdən öncəkilərə vacib buyurulduğu kimi, oruc sizə də vacib edildi ki, təhrifkarlardan, təqvalılardan olasınınız. Təqva xüsusiyyəti insanda ən mühüm xüsusiyyətlərdən biridir. İnsan yeganə varlıqdır ki, özünə yox deməyi bacarır və daxilində özüylə mübarizə potensialı var. 
Ramazan ayında insan ən ibtidai, maddi ehtiyaclarından imtina etməklə, mənəvi baxımdan inkişaf edir, özünə yox deyir və istəklərini ayaq altına qoya bilir. Ramazan ayı insanın özüylə mübarizə ayıdır və insan özüylə mübarizə apararsa, digərləri üçün təhükəli ola bilməz. Özüylə mübarizə aparan insan başqalarına qarşı mərhəmətli və mehriban olur. Ramazan ayında digər insanlara qarşı mərhəmətli olmaq, böyüklərə hörmət etmək tövsiyə olunur. Peyğəmbərimiz buyurub ki, “Kim bu ayda öz əxlaqını gözəlləşdirərsə, qiyamət günü Sirat körpüsündən sürətlə keçər”. Ona görə də bu ay insanların öz daxili keyfiyyətlərini təhlil etməsi üçün bir fürsətdir. Ramazan ayının orucu yalnız ac və susuz qalmaqdan ibarət deyil, insan günahlardan, nalayiq əməllərdən çəkinməli və özünü qoruyaraq Allaha yaxınlaşmalıdır”. 

Həmçinin oxuyun

Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb

Qarabağdakı rusiyalı sülhməramlıların rəhbəri, general-leytenant Rüstəm Muradov itkin düşmüş sayılan erməni hərbçilərin valideynləri ilə görüşüb. …