Çərşənbə , İyul 24 2019
Ana səhifə / Rahidə Baxışova: “Güzgüyə çox baxan kişini sevmirəm”

Rahidə Baxışova: “Güzgüyə çox baxan kişini sevmirəm”

Müğənni Rahidə Baxışova yeni yaradıcılıq planlarından danışıb.

Musavat.com saytının suallarına cavab verən müğənni yeni mahnılar üzərində çalışdığını deyib: “Bəzi müğənnilər kimi iki ilə bir mahnı təqdim etmirəm. Bir neçə türk mahnısı hazırlamışam. Onlardan biri Selami Şahinin repertuarından olan “Mümkün deyil seni unutmak” adlanır. İnşallah, yeni mahnılar çox olacaq. Səbrim çatsa, sentyabr ayından bir-bir təqdim edəcəyəm”.

– Uzun müddət səhnədən uzaq qaldınız. Ard-arda mahnılar yazdırmaqla həmin illərin acığını çıxırsınız?

– Demək olar ki, hə… Uzun müddət səhnə həsrəti çəkmişəm, indi acığımı çıxıram. Həm də mən müğənniyəm. İşim mahnı yazdırıb oxumaqdır.

– Belə başa düşdüm ki, geri döndüyünüzə peşman olmamısınız?

– Qəti peşman deyiləm. Allaha şükür edirəm. Yaxşı ki, sənətim, məni sevənlər var.

– Tanınmış simalar tez-tez sosial şəbəkədə onlara yazılan şərhlərdən gileylənirlər. Sizə də tənqid və təhqir yazılırmı?

– Bəzən olur. Məni sevən daha çoxdur. Elə şərhlər olur ki, cavabını verirəm. İnsanlar iç dünyamızı bilmədən bizi tənqid edirlər. Bu, doğru deyil. Tanımadığın insan haqqında fikir yürütmək düzgün deyil. Bəzən mən də tanımadığım şəxs haqqında fikir yürüdürəm, sonra öz-özümə deyirəm ki, səhv etmişəm. İnsan haqda fikir yürütməzdən öncə diqqətli olmaq lazımdır.

– Bəs əks-cinsin nümayəndələrində nələrə diqqət edirsiniz?

– Əsas saçıdır, dırnaqlarıdır. Bir də ayaqqabısına baxıram. Mən adam tanıyıram ki, cavan oğlandır. Daraq əlindən düşmür. Bütün günü güzgüyə baxır. Elə kişini də sevmirəm.

– Oğlunuz da elədir?

– Oğlumun 15 yaşı var, o da elədir. Gedib-gəlib deyir ki, ana, sənin nə qəşəng oğlun var. Deyirəm ki, maşallah söylə… İndidən deyir ki, yoldaşım belə olmalıdır, övladlarım elə olmalıdır. Ailəcanlıdır. Deyir ki, işə gedib gələcəyəm, yoldaşımla, uşaqlarımla televizora baxacağam. Cavab verirəm ki, hələ yaşın azdır, gözlə… Əlbəttə, mən də övladımın toyunu görmək istəyirəm, amma vaxtı çatanda…

– Müğənni Elnarə Abdullayeva demişdi ki, oğluna müğənni qız almaz. Bu da qalmaqala səbəb olmuşdu. Siz oğlunuzun seçiminə müdaxilə edəcəksiniz?

– Həyatda hər şey qismətdir. Gəlinim müğənni də, model də ola bilər. Allah oğlumun alnına hansı qızı yazıbsa, onunla da evlənəcək. Mənim dava etməyim yersizdir.

Həmçinin oxuyun

Prezident Murad Köhnəqalaya mənzil hədiyyə etdi

Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalaya mənzil hədiyyə edib.  Azinforum .az  xəbər verir ki, bu …

Bir cavab yazın