Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Rahat” marketdə faciə- Eskalatorun arasında qalıb öldü

“Rahat” marketdə faciə- Eskalatorun arasında qalıb öldü

Sumqayıtda dəhşətli hadisə baş verib. ” Azinforum.az ” lent.az-a istinadən xəbər verir ki, 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı planlaşdırılan “Rahat” marketdə işləyən fəhlə 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Yeni quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən məlum olay yaşanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın