Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Rafiq Salmanov vəfat etdi

Rafiq Salmanov vəfat etdi

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YUNİSEF və “Qızıl qələm” mükafatları laureatı Rafiq Salmanov 68 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, onun ölümü haqda iş yoldaşları məlumat yayıb.

Qeyd edək ki, Rafiq Salmanov “Azərbaycan pioneri”, “Vışka”, “Xalq qəzeti” qəzetlərində, “Azərbaycan qadını” jurnalında fotomüxbir işləyib.

Ölkənin tanınmış fotomüxbirlərindən olan R.Salmanov həm də musiqiçi idi və bu sahəyə aid 4 kitabın müəllifi idi.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …