Cümə , Yanvar 22 2021
Ana səhifə / Aktual / Rafiq Hüseynovun həyat yoldaşı: “Vəziyyəti normallaşıb, xəstəxanadan çıxmağı düşünürük”

Rafiq Hüseynovun həyat yoldaşı: “Vəziyyəti normallaşıb, xəstəxanadan çıxmağı düşünürük”

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun vəziyyəti normallaşıb. Bu barədə APA-ya diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, Rafiq Hüseynovun müalicəsi palatada davam etdirilir: “Hər şey yaxşılığa doğrudur. Yavaş-yavaş özünə gəlir. Düzdür, hələ ki, yemək yeməyi, gəzməyi çətindir, amma həkimlər bizi arxayın ediblər ki, get-getə bütün narahatlıqlar aradan qalxacaq. Əsas odur, kritik vəziyyətdən çıxıb, indi özünü normal hiss edir”.

Həyat yoldaşı əlavə edib ki, sentyabrın 20-21-də Rafiq Hüseynov xəstəxanadan çıxıb Bakıya gələ bilər: “Həkimlərlə danışmışıq, deyirlər, iki-üç gün də gözləyək, əgər əlavə problemlər çıxmazsa, xəstəxanadan evə yaza bilərlər. Yataq şəraitindədir, ola bilər, bu vəziyyət bir ay da çəksin. Ona görə xəstəxanada artıq vaxt itirmək istəmirik. Özü də çox darıxır. Bakıdan dostları, iş yoldaşları, jurnalistlər tez-tez zəng vururlar. Xahiş edirəm, Rafiqin Hüseynovun səhhətini diqqətdə saxlayan, bu çətin günlərdə bizi tək qoymayan bütün insanlara minnətdarlığımızı çatdırın”.

Qeyd edək ki, xalq artisti R. Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.

Həmçinin oxuyun

Deputat “Vergilər” qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) …

Bir cavab yazın